Bakı. 6 may. REPORT.AZ/ Nigeriyanın Kaduna əyalətinin Qvakska kəndində silahlıların yerli sakinləri atəşə tutması nəticəsində 45 nəfər ölüb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, silahlı insident zamanı çoxlu sayda insan yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə əlaqədar istintaq başlayıb.