Nigeriyada benzin daşıyan avtomobil partlayıb, onlarla ölü və yaralı var

Nigeriyada benzin daşıyan avtomobil partlayıb, onlarla ölü və yaralı var Bakı. 11 sentyabr. REPORT.AZ/ Nigeriyada benzin daşıyan avtomobil partlayıb.
Digər ölkələr
11 Sentyabr , 2018 04:32
Nigeriyada benzin daşıyan avtomobil partlayıb, onlarla ölü və yaralı var

Bakı. 11 sentyabr. REPORT.AZ/ Nigeriyada benzin daşıyan avtomobil partlayıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" xilasetmə xidmətinin rəhbəri Usman Əhmədə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Nasarava ştatında baş verib. Partlayış zamanı 35 nəfər həlak olub, 100-dən çox insan xəsarət alıb.

Ölənlərin əksəriyyəti hadisənin necə baş verməsinə baxmaq üçün əraziyə gələnlərdir. Qeyd edilir ki, hadisə benzin daşıyan avtomobilin yanacaqdoldurma məntəqəsinin yaxınlığında qəzaya uğraması nəticəsində baş verib. 

Son xəbərlər

Orphus sistemi