Nigeriyada azı 15 nəfər naməlum xəstəlikdən ölüb

Nigeriyada azı 15 nəfər naməlum xəstəlikdən ölüb Epidemioloqlar viral qanaxma hərarətinin ölüm səbəblərindən biri ola biləcəyindən şübhələnirlər
Digər ölkələr
2 Noyabr , 2020 18:38
Nigeriyada azı 15 nəfər naməlum xəstəlikdən ölüb

Nigeriyanın cənubundakı Delta ştatında azı 15 nəfər naməlum xəstəlikdən ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Vanguard” qəzeti yazıb.

Nəşrin yazdığına görə, ölənlər 18-25 yaş arası şəxslərdir. Ştat rəhbərliyi xəstəliyin yayılmasının qarşısını almaq üçün hər şey edəcəyini açıqlayıb.

Qeyd olunub ki, epidemioloqlar ölənlərin ailələrinə və xəstəxanaya baş çəkərək araşdırma üçün lazım olan bütün nümunələri toplayıblar. Epidemioloqlar viral qanaxma hərarətinin ölüm səbəblərindən biri ola biləcəyindən şübhələnirlər.

Viral qanaxma hərarəti (viral hemorrhagic fevers, VHFs) - hərarət, hemorajik sindrom (qanaxma) ilə xarakterizə olunan virus xəstəliyidir. Bu növ infeksiyalara Denqe, Ebola və Lassa viruslarının səbəb olduğu qızdırmalar aiddir.

Son xəbərlər

Orphus sistemi