Nigeriyada 82 məktəbli qız terrorçulardan azad edilib

Digər ölkələr
  • 07 may, 2017
  • 05:24
Nigeriyada 82 məktəbli qız terrorçulardan azad edilib
TASS

Bakı. 7 may. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında "Boko haram" terror təşkilatı tərəfindən Çibok şəhər liseyindən oğurlanmış ən azı 82 məktəbli qız azad olunub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

"Bəli, 82 qız azad olunub", - deyə agentlik ölkə hökumətindəki mənbənin sözlərini sitat gətirib.

Nigeriya Prezident Administrasiyasının məlumatına görə, məktəblilər bu qruplaşmadan olan bir neçə terrorçunun müqabilində azad ediliblər.

44 - Tezliklə