Noyabrın 28-də Nigeriyanın şimal-şərqində "Boko xaram" qruplaşmasının silahlıları tərəfindən azı 70 fermer öldürülüb.
“Report”un məlumatına görə, bu barədə bazar günü yerli hakimiyyətə istinadən
"Ötən şənbə günü 43 həlak olmuş haqqında məlumatlar daxil oldu, ancaq hadisə yerinə gedəndən sonra aydın oldu ki, 70 insan öldürülüb", - Borno ştatının qubernatoru Babaqanan Umar Zulum bildirib. O, bazar günü düyü sahələrinin yerləşdiyi və fermerlərin qətlə yetirildiyi Zabarmari kəndinə gedib.
Qeyd edək ki, "Boko xaram" qruplaşması 2002-ci ildə Nigeriyanın şimalında yaranıb. O, Afrikanın bu ölkəsində hakimiyyəti ələ keçirməyi qarşısına məqsəd qoyub. Qruplaşma 2009-cu ildən aktiv terror hərəkətlərinə başlayıb.
Agentlik eyni zamanda BMT-yə istinadən öldürülənlərin sayının azı 110 nəfər olduğunu vurğulayıb.
"Silahlı şəxslər motosikletlərlə əkin sahələrinə gəliblər və azı 110 nəfəri öldürüblər", - deyə BMT-nin Nigeriyadakı humanitar məsələlər üzrə koordinatoru Edvard Kallon bildirib. Onun sözlərinə görə, xeyli sayda yaralı var.