Nigeriyada 50-dən çox terrorçu zərərsizləşdirilib

Nigeriyada 50-dən çox terrorçu zərərsizləşdirilib Nigeriyanın şimal-şərqində hərbçilərin keçirdiyi antiterror əməliyyatı nəticəsində "Boko Haram" terrorçu qruplaşmasının 50 silahlısı zərərsizləşdirilib.
Digər ölkələr
3 İyun , 2021 16:38
Nigeriyada 50-dən çox terrorçu zərərsizləşdirilib

Nigeriyanın şimal-şərqində hərbçilərin keçirdiyi antiterror əməliyyatı nəticəsində "Boko Haram" terrorçu qruplaşmasının 50 silahlısı zərərsizləşdirilib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Nigeriya ordusunun sözçüsü Məhəmməd Yerima məlumat verib.

Onun sözlərinə görə, əməliyyat ölkənin Borno əyalətinin Dambao bölgəsində keçirilib.

M.Yerima çoxlu sayda terrorçunun yaralı halda ərazidən qaçdığını, terrorçulara aid silah və böyük miqdarda sursat ələ keçirdiklərini də qeyd edib.

Məlumata əsasən, "Boko Haram" terrorçu qruplaşmasının 2009-cu ildən indiyədək törətdiyi terror hücumları nəticəsində 20 mindən çox insan ölüb.

Son xəbərlər

Orphus sistemi