Bakı. 12 iyul. REPORT.AZ/ Nigeriyada "Boko Haram" qruplaşmasının hərbçilərə hücumu zamanı 3 hərbi qulluqçu həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Agency France Presse" mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin şimal-şərqində baş verib. Belə ki, silahlılar Kamerunla sərhəddə yerləşən Qvoza şəhəri yaxınlığında hərbçilərə atəş açıblar.
"Əsgərlərin konvoyu (müşahidə edən dəstə) və drujinaçılar Hambaqda kəndində "Boko Haram" terrorçularının pusqusuna düşüb. Nəticədə 3 əsgər həlak olub" – deyə ordu nümayəndələrindən biri bildirib.
Atışma zamanı həmçinin iki silahlı da məhv edilib.