Nigeriya çoxmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 22-yə çatıb

Nigeriya çoxmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 22-yə çatıb Nigeriyanın ən böyük şəhəri Laqosda tikilməkdə olan 21 mərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 22-yə çatıb.
Digər ölkələr
3 Noyabr , 2021 21:02
Nigeriya çoxmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 22-yə çatıb

Nigeriyanın ən böyük şəhəri Laqosda tikilməkdə olan 21 mərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 22-yə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Afrikanın "eNCA" telekanalı məlumat yayıb.

Məlumata görə, gün ərzində daha iki meyit çıxarılıb. Lakin dağılmış tikililərin altında hələ də insanlar ola bilər. Axtarış-xilasetmə işləri davam edir.

Laqos qubernatoru Babajide Sanvo-Olu regional tikinti tənzimləmə agentliyinin rəhbərini vəzifəsindən uzaqlaşdırıb və araşdırma aparılmasına göstəriş verib.

Noyabrın 2-də Laqosda leysan yağışlar nəticəsində yaranan sürüşmə nəticəsində daha iki bina uçub. Xəsarət alan yoxdur.

Son xəbərlər

Orphus sistemi