Nigerdəki hərbi rejim BMT, Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi (ECOWAS) və Afrika İttifaqı nümayəndələrinin ölkəyə girişinə icazə verməyib.
“Report” xəbər verir ki, məlumatı “Al Jazeera” telekanalı yayıb.
Qeyd edək ki, Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi (ECOWAS) nümayəndələri Nigerdəki üsyançılara ultimatum təqdim edərək, onları avqustun 6-dək devrilmiş prezident Məhəmməd Bazuma hakimiyyəti qaytarmağa çağırıblar.
Xatırladaq ki, Nigerdə üsyan iyulun 26-da başlayıb, hərbçilər ölkədə komendant saatı tətbiq edərək konstitusiyanın fəaliyyətini dayandırıblar. Onlar, həmçinin, partiyalara hər hansı siyasi fəaliyyət göstərməyi qadağan ediblər. Hərbçilər Vətənin Müdafiəsi üzrə Milli Şuranın yaradıldığını və iyulun 28-də general Abdurahman Çianini Nigerin yeni lideri elan ediblər.