Nigerdə yaraqlılar kəndə hücum edib, ölənlər var

Digər ölkələr
  • 18 iyul, 2024
  • 01:44
Nigerdə yaraqlılar kəndə hücum edib, ölənlər var

Silahlılar Nigerin cənub-qərbindəki Tillaberi bölgəsində yerləşən Dosso Kurequ kəndinə hücum ediblər.

Bu barədə “Report” “Agence France-Presse” nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, terrorçulardan ibarət dəstə motosikletlərlə əhalinin məskunlaşdığı əraziyə gəlib və kəndliləri öldürdükdən sonra mal-qaranı oğurlayıblar.

Hazırda hökumət ordusunun bölmələri yaraqlıların izinə düşərək onları məhv etməyə çalışır.

Qeyd edək ki, Tilaberi bölgəsi üç ölkə ilə sərhəd zonada (Burkina Faso, Mali və Nigerin qovşağında) yerləşir.