Nigerdə ​​üsyançıların tərəfdarları Fransa hərbi bazası yaxınlığında nümayiş keçirirlər

Digər ölkələr
  • 11 avqust, 2023
  • 17:12
Nigerdə ​​üsyançıların tərəfdarları Fransa hərbi bazası yaxınlığında nümayiş keçirirlər

Nigerdə ​​hərbi qiyamçıların tərəfdarları ölkənin paytaxtı Niameydəki Fransa hərbi bazası yaxınlığında nümayiş keçirirlər.

“Report” xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.

Bildirilib ki, söhbət bir neçə min nəfərdən gedir.

Qeyd olunub ki, nümayişçilər Fransa və Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin (ECOWAS) əleyhinə şüarlar səsləndirirlər.