Nigerdə ​​silahlı hücum zamanı 60-a yaxın insan həlak olub

Nigerdə ​​silahlı hücum zamanı 60-a yaxın insan həlak olub Nigerin cənub-qərbində yerləşən Banibanqa kommunasına silahlı şəxslərin hücumu nəticəsində 60-a yaxın insan həlak olub.
Digər ölkələr
4 Noyabr , 2021 21:14
Nigerdə ​​silahlı hücum zamanı 60-a yaxın insan həlak olub

Nigerin cənub-qərbində yerləşən Banibanqa kommunasına silahlı şəxslərin hücumu nəticəsində 60-a yaxın insan həlak olub.

“Report”un məlumatına görə, bu barədə “Agence France-Presse” mənbəyə istinadən xəbər verib.

Qeyd edilir ki, hücum cümə axşamı Tillaberi bölgəsində, "üç sərhəd zonası" adlanan ərazidə - Nigerin Mali və Burkina Faso ilə dövlət sərhədi olan ərazidə baş verib. Bölgədə İŞİD və Əl-Qaidə terror təşkilatları ilə əlaqəli çoxsaylı qrupları fəaliyyət göstərir.

“Ümumilikdə 60-a yaxın insan həlak olub, 9 nəfər itkin düşüb, 15 nəfər isə qaçıb”, - mənbə bildirib.

Niger terror fəaliyyətləri və qeyri-qanuni miqrasiya səbəbindən qitənin ən problemli bölgələrindən biri olan Afrikanın Sahel bölgəsində yerləşir. 2014-cü ildə Fransa bölgədə "Barhan" antiterror əməliyyatına başlayıb.

Son xəbərlər

Orphus sistemi