Nigerdə naməlum şəxslər məscidə hücum edib, ölənlər var

Nigerdə naməlum şəxslər məscidə hücum edib, ölənlər var Nigerin cənub-qərbində yerləşən məscidlərdən birinə hücum olub.
Digər ölkələr
13 Oktyabr , 2021 23:24
Nigerdə naməlum şəxslər məscidə hücum edib, ölənlər var

Nigerin cənub-qərbində yerləşən məscidlərdən birinə hücum olub.

"Report" bu barədə yerli "Studio Kalanqou" radiosuna istinadən xəbər verir.

Məlumata görə, naməlum şəxslər məscidə hücum edərək azı on nəfəri öldürüblər.

Hücum Tillaberi bölgəsində, "üç sərhəd zonası" adlanan ərazidə - Nigerin Mali və Burkina-Faso ilə dövlət sərhədlərinin keçdiyi ərazidə baş verib. Qeyd edək ki, bu bölgə İŞİD və "Əl-Qaidə" terror təşkilatları ilə əlaqəli çoxsaylı qruplar tərəfindən idarə olunur.

Niger Afrikada terrorçu fəaliyyətlər və qanunsuz köç səbəbi ilə ən problemli bölgələrdən sayılır. 2014-cü ildə Fransa burada antiterror əməliyyatı həyata keçirib.

Son xəbərlər

Orphus sistemi