Nigerdə hücum zamanı öldürülənlərin sayı 100 nəfərə çatıb

Nigerdə hücum zamanı öldürülənlərin sayı 100 nəfərə çatıb Nigerin qərbində naməlum silahlı şəxslərin hücumu zamanı öldürülənlərin sayı 80 nəfərə çatıb.
Digər ölkələr
3 Yanvar , 2021 21:35
Nigerdə hücum zamanı öldürülənlərin sayı 100 nəfərə çatıb

Nigerin qərbində naməlum silahlı şəxslərin kəndlərə hücumu zamanı öldürülənlərin sayı 100 nəfərə çatıb.

Bu barədə “Report” “Agency France Presse”yə istinadən xəbər verir.

Tondikivindi kommunasının rəhbəri Almu Hassan öldürülənlərin sayının artdığını bildirib.

"Çoma Banquda 70-ə yaxın, Zarumadareyedə 30 nəfər öldürülüb. Hücum zamanı həmçinin 75 nəfər xəsarət alıb",- Hassan agentliyə bildirib.

20:05

Nigerin qərbində naməlum silahlı şəxslərin hücumu zamanı öldürülənlərin sayı 80 nəfərə çatıb.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Silahlı hücum Mali ilə sərhəd yaxınlığında yerləşən kəndə edilib. Məlumata görə, Çombanqu kəndinə hücum zamanı azı 49 sakin həlak olub, daha 17 nəfər xəsarət alıb. Zarumdareye kəndində hücum zamanı isə 30 nəfərə yaxın fermer qətlə yetirilib.

Niger hakimiyyəti hələ hadisəni şərh etməyib.

Daha əvvəl bildirilirdi ki, hücum zamanı azı 58 mülki şəxs həyatını itirib.

Son xəbərlər

Orphus sistemi