Nigerdə bir qrup hərbçinin dövlət çevrilişinə cəhdi uğursuzluqla nəticələnib.
“Report” “Agence France-Presse” agentliyinə istinadən xəbər verir ki, bu barədə Nigerin Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, martın 31-də bir qrup hərbçi ölkə paytaxtı Niameydə prezident sarayına soxularaq hakimiyyəti ələ keçirməyə cəhd göstərib. Ancaq prezident qvardiyası onların qarşısını alıb.
“Dövlət çevrilişinə cəhdin təşəbbüskarları arasında həbs keçirilib. Prezident qvardiyası hücum etdiyindən hərbçilər prezident sarayına yaxınlaşa bilməyib”, - Təhlükəsizlik Xidmətinin əməkdaşı bildirib.
Hələ ki hadisə ilə bağlı rəsmi açıqlama verilməyib. Təhlükəsizlik Xidmətindən qeyd olunub ki, vəziyyət nəzarət altındadır.
“Sinxua” agentliyinin yaydığı xəbər əsasən, Nigerin ən iri hərbi bazalarından biri və beynəlxalq hava limanı yerləşən rayonda atəş səsləri eşidilir.
Hadisələr sonuncu prezident seçkisində qalib gələn hakim partiyanın nümayəndəsi Məhəmməd Bazumun andiçmə mərasimindən 48 saat sonra baş verib.
Sonuncu dövlət başçısı Məhəmməd İssufu prezident seçkisində iştirak etməyib. O, bu vəzifəyə iki dəfə seçildiyndən Konstitusiyaya əsasən üçüncü müddətə namizədliyini irəli sürə bilməzdi.