Nigerdə daşqınlar nəticəsində 22 nəfər ölüb, minlərlə insan evsiz qalıb

Nigerdə daşqınlar nəticəsində 22 nəfər ölüb, minlərlə insan evsiz qalıb Bakı. 10 avqust. REPORT.AZ/ Nigerdə daşqınlar nəticəsində 22 nəfər ölüb, minlərlə insan evsiz qalıb.
Digər ölkələr
10 Avqust , 2018 11:22
Nigerdə daşqınlar nəticəsində 22 nəfər ölüb, minlərlə insan evsiz qalıb

Bakı. 10 avqust. REPORT.AZ/ Nigerdə daşqınlar nəticəsində 22 nəfər ölüb, minlərlə insan evsiz qalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin fövqəladə hallar və humanitar əməliyyatlar üzrə naziri Maqaji Lauan bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 50 minə yaxın insan zərərçəkib. Nazir əlavə edib ki, daşqınlar nəticəsində 3 mindən artıq ev dağılıb, kənd təsərrüfatı üçün yararlı olan 4 min hektar torpaq məhv olub.

Məlumata görə, son illər ölkədə dəfələrlə daşqın baş verib. BMT-nin məlumatına əsasən, 2017-ci ilə təbii fəlakət nəticəsində 56 nəfər ölmüş, 200-ə yaxən insan xəsarət almışdı. 

Son xəbərlər

Orphus sistemi