Nigerdə "Boko Haram"la toqquşmada onlarla hərbçi həlak olub

Nigerdə "Boko Haram"la toqquşmada onlarla hərbçi həlak olub Məlumata görə, silahlı hücum zamanı postda 120-150 Niger hərbçisi olub
Digər ölkələr
27 Aprel , 2015 20:39
Nigerdə Boko Haramla toqquşmada onlarla hərbçi həlak olub

Bakı. 27 aprel. REPORT.AZ/ Nigerdə "Boko Haram" terror qruplaşması ilə qarşıdurma nəticəsində onlarla hərbçi həlak olub. 

"Report"un "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, yaraqlılar Çad gölündə Karanqa adasını ələ keçirmək istəyiblər. Həmin göl Çad, Kamerun, Niger və Nigeriyanın sərhədində yerləşir. Toqquşma zamanı 48 Niger hərbçisi həlak olub, 36 əsgər itkin düşüb. 

Niger hökumətindəki mənbənin verdiyi məlumata görə isə 80 hərbçi həlak olub. Digər bir mənbə isə 100 nəfərin həlak olduğunu, 17 nəfərin itkin düşdüyünü qeyd ediblər. 

Məlumata görə, silahlı hücum zamanı postda 120-150 Niger hərbçisi olub. 

Son xəbərlər

Orphus sistemi