Nigerdə "Boko haram"ın 200-dən çox yaraqlısı məhv edilib

Nigerdə "Boko haram"ın 200-dən çox yaraqlısı məhv edilib Bakı. 3 yanvar. REPORT.AZ/ Nigerin hökumət ordusu quru və hava qüvvələri ilə həyata keçirdiyi irimiqyaslı əməliyyat zamanı radikal Boko haram qruplaşmasının 200-dən çox yaraqlısını məhv edib.
Digər ölkələr
3 Yanvar , 2019 05:50
Nigerdə Boko haramın 200-dən çox yaraqlısı məhv edilib

Bakı. 3 yanvar. REPORT.AZ/ Nigerin hökumət ordusu quru və hava qüvvələri ilə həyata keçirdiyi irimiqyaslı əməliyyat zamanı radikal "Boko haram" qruplaşmasının 200-dən çox yaraqlısını məhv edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü axşam Afrika dövlətinin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ordu ekstremistlərin ölkənin cənub-şərqində, Çad gölündə yerləşən adalardakı mövqelərinə hücum təşkil edib. İrimiqyaslı əməliyyat 2018-ci il dekabrın 28-də başlayıb. Terrorçulara əsas zərbə Komaduqu çayı vadisində, həmçinin Çad gölündəki adalarda endirilib.

Son xəbərlər

Orphus sistemi