Niger ABŞ qoşunlarının çıxarılması ilə bağlı plan tələb edir

Digər ölkələr
  • 18 mart, 2024
  • 11:38
Niger ABŞ qoşunlarının çıxarılması ilə bağlı plan tələb edir

Niger ABŞ-dən qoşunların ölkədən çıxarılmasına dair planı təqdim etməyi gözləyir.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Niger hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Daha əvvəl məlumat yayılmışdı ki, Nigerdə ​​hakimiyyəti ələ keçirən üsyançılar ABŞ hərbçilərinin bu Afrika ölkəsinin ərazisində yerləşdirilməsinə icazə verildiyi hərbi müqaviləyə xitam verib. Amma bu qərarın səbəbləri barədə məlumat verilməyib.