Niderlandda son sutkada 160-dan çox insan COVID-19-un qurbanı oldu

Niderlandda son sutkada 160-dan çox insan COVID-19-un qurbanı oldu Niderlandda ötən sutka 729 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Digər ölkələr
21 Aprel , 2020 16:48
Niderlandda son sutkada 160-dan çox insan COVID-19-un qurbanı oldu

Niderlandda ötən sutka 729 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Qurumu açıqlayıb.

Məlumata görə, eyni dövr ərzində ölkədə koronavirusdan 165 ölüm faktı qeydə alınıb.

Beləliklə, krallıqda qeydə alınmış yoluxma hallarının sayı 34 134-ə, ölüm hallarının sayı isə 3 916-ya yüksəlib.

Qeyd edilib ki, hazırda xəstəxanalarda 9 897 nəfər müalicə alır.

Mütəxəssislərin sözlərinə görə, yoluxanların gerçək sayı rəsmi rəqəmlərdən çoxdur. Belə ki, yoluxanların heç də hamısı koronavirus testindən keçmir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 501 000-i ötüb. Bunların 658 954 nəfəri sağalıb, 171 741 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi