Niderlandda sənaye zonasında güclü yanğın baş verib

Niderlandda sənaye zonasında güclü yanğın baş verib Niderlandın qərbindəki Ter Aarda sənaye bölgəsində güclü yanğın baş verib.
Digər ölkələr
10 İyun , 2023 14:59
Niderlandda sənaye zonasında güclü yanğın baş verib

Niderlandın qərbindəki Ter Aarda sənaye bölgəsində güclü yanğın olub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Niderlandın Yayım Korporasiyası (NOS) məlumat yayıb.

Yanğının Ter Aardakı biznes parkında yerləşən sənaye bölgəsində, plastik məmulatlar istehsal edilən zavodda baş verdiyi bildirilir.

Yanğın qısa zamanda yaxınlıqdakı iş yerlərini bürüyüb. Eyni zamanda hadisə zamanı partlayış səsləri eşidilib, qaz balonları partlayıb.

Hazırda Ter-Aar xilasediciləri sənaye zonasında yanğının söndürülməsinə çalışır, yanğın nəzarət altına alınıb.

Son xəbərlər

Orphus sistemi