Niderlandda "quş qripi" aşkarlandı
Digər ölkələr
- 20 fevral, 2021
- 13:49
Niderlandın Şimali Brabant əyalətindəki Sint-Odenrode şəhərində “quş qripi” (H5) aşkarlanıb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, yerli toyuq fermalarının birində aşkarlanmış virusun ən təhlükəli variantlardan olduğu güman edilir.
Həmin fermada olduğu bildirilən 35 minədək quş, habelə yaxınlıqda yerləşən daha iki fermadakı 97 minədək quş Niderland Ərzaq və İstehlak Məhsulları Təhlükəsizliyi İdarəsi (NVWA) tərəfindən kənara daşınıb.
Hadisə ilə əlaqədar olaraq həmin yerdən 10 km-lik məsafədə yerləşən daha 26 quşçuluq təsərrüfatına Kənd Təsərrüfatı, Təbiət və Ərzaq Keyfiyyəti Nazirliyi tərəfindən nəqliyyat məhdudiyyəti tətbiq olunub. Belə ki, quş əti və yumurta, quş peyini vs. ləvazimat daşımaları müvəqqəti dayandırılıb.
Son xəbərlər
02:09
Filippe Koutinyo "Santos" komandasına qoşulub
Futbol01:38
Metsola: Avropa Parlamenti Kanadada nümayəndəlik açacaq
Digər ölkələr01:13
Aleksandar Vuçiç vəzifəsindən istefa verəcəyi dəqiq tarixi açıqlayıb
Digər ölkələr00:42
Komorun Sərhəd Xidməti 116 qanunsuz miqrantı daşıyan gəmini saxlayıb
Digər ölkələr00:14
Ermənistanın Qarabağ reaksiyası sülh prosesində etimad problemini aktuallaşdırıb - ŞƏRH
Analitika00:00
Azərbaycanda Bilik Günüdür
Elm və təhsil00:00
Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
Daxili siyasət23:46
SEPAH: Hörmüz boğazında neft tankeri partlayıb
Region23:33