Niderlandda qatar qəzaya uğrayıb, 30-a yaxın insan yaralanıb

Niderlandda qatar qəzaya uğrayıb, 30-a yaxın insan yaralanıb Niderlandda təxminən 50 nəfərin olduğu sərnişin qatarı relsdən çıxıb. Onun dəmiryol relslərində olan tikinti kranı ilə toqquşduğu bildirilir.
Digər ölkələr
4 aprel 2023 04:55
Niderlandda qatar qəzaya uğrayıb, 30-a yaxın insan yaralanıb

Niderlandda azı 50 nəfəri daşıyan minik qatarının tikinti avadanlığına çırpılması və daha sonra onun relsdən çıxması nəticəsində 30-a yaxın insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, 19 nəfər xəstəxanaya aparılıb. Xilasedici xidmətin məlumatına görə, digərlərinə yerindəcə tibbi yardım göstərilib.

08:22

Niderlandda təxminən 50 nəfərin olduğu sərnişin qatarı relsdən çıxıb. Onun dəmiryol relslərində olan tikinti kranı ilə toqquşduğu bildirilir.

“Report” ANP agentliyinə istinadən xəbər verir ki, toqquşmadan sonra qatarın birinci vaqonu relsdən çıxaraq yerə çırpılıb, ikincisi yan üstə düşüb, üçüncü vaqonda yanğın başlayıb.

Ölkənin NOS telekanalının məlumatına görə, insident yerli vaxtla saat 03:30 radələrində baş verib.

Yerli xilasetmə xidmətləri bir neçə nəfərin ağır xəsarət aldığını bildirir.

Sərnişin qatarı Haaqadan Leyden şəhərinə gedirdi və qəza Vorshoten şəhəri yaxınlığında olub.

Orphus sistemi