Niderlandda keçmiş AES binasında yanğın olub

Niderlandda keçmiş AES binasında yanğın olub Niderlandda keçmiş Dodevard Atom Elektrik Stansiyasında yanğın baş verib.
Digər ölkələr
21 May , 2020 18:05
Niderlandda keçmiş AES binasında yanğın olub

Niderlandda keçmiş Dodevard Atom Elektrik Stansiyasında yanğın baş verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, yanğın nəzarət altına alınaraq söndürülüb.

Mayın 21-də gündüz saatlarında baş verən yanğın uzaqdan da müşahidə olunub. Yanğının binanın dam örtüyündən başladığı, orada təbii qaz balonunun olduğu ehtimal edilir.

Məlumata görə, radiasiya sızması riski yoxdur.

Qeyd edək ki, Dodevard AES 1997-ci ildə bağlanıb, ancaq indiyədək sökülməyib. Stansiyadakı yanacaq reaktorunun içliyi çıxarılıb. Binanın uçurulması üçün şüalanma 2045-ci ildə təhlükəsiz həddə olacaq.

Son xəbərlər

Orphus sistemi