Niderlandda İspaniyaya qaçmaq istəyən karantin pozucuları saxlanılıb

Niderlandda İspaniyaya qaçmaq istəyən karantin pozucuları saxlanılıb Niderlandın paytaxtı Amsterdamda İspaniyaya getmək istəyən iki nəfər saxlanılıb.
Digər ölkələr
30 Noyabr , 2021 06:28
Niderlandda İspaniyaya qaçmaq istəyən karantin pozucuları saxlanılıb

Niderlandın paytaxtı Amsterdamda İspaniyaya getmək istəyən iki nəfər saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Onlar İspaniya və Portuqaliya vətəndaşlarıdır və Cənubi Afrikadan qayıtdıqdan sonra karantində olduqları hoteldən qaçıblar. Söhbət 30 yaşlı kişi və 28 yaşlı qadından gedir.

Amsterdam hava limanında saxlanılan karantin pozucuları Cənubi Afrikadan qayıdan digər 11 nəfərlə birlikdə oteldə təcrid olunublar.

Karantini pozduqlarına görə onları cərimə və ya həbs cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi