Niderlandda "quş qripi"nə yoluxan 200 minə yaxın ev quşu məhv edilib

Niderlandda "quş qripi"nə yoluxan 200 minə yaxın ev quşu məhv edilib Virus Flevoland əyalətinin Biddinqheyzen qəsəbəsində yerləşən ördək fermasında aşkar olunub
Digər ölkələr
27 Noyabr , 2016 08:30
Niderlandda quş qripinə yoluxan 200 minə yaxın ev quşu məhv edilib

Bakı. 26 noyabr. REPORT.AZ/ Niderlandın Flevoland əyalətinin Biddinqheyzen qəsəbəsində yerləşən ördək fermasında "quş qripi" aşkar olunub.

"Report" xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyi məlumat yayıb.

İdarənin məlumatına görə, virusun yayılmasının qarşısını almaq üçün oradakı bütün quşlar məhv edilib. Həmçinin ehtiyat tədbiri olaraq eyni firmanın Hirden və Ermelo yaşayış məntəqələrindəki (hər ikisi Qelderland əyalətində) iki təsərrüfatındakı ördəklər də məhv edilib. Ümumilikdə söhbət 180 min ev quşundan gedir. Bundan əlavə Biddinqheyzendə "quş qripi" aşkar olunan təsərrüfatın 1 km-də yerləşən fermada da 10 minə yaxın ev quşu məhv edilib.

Virusa yoluxmuş fermalardan 3 km. radiusda yerləşən şirkətlər ciddi nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi