Niderlandda daha 1,3 mindən çox insanda koronavirus aşkarlandı

Niderlandda daha 1,3 mindən çox insanda koronavirus aşkarlandı Niderlandda son 1 gündə 1 335 koronavirusa yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
10 Aprel , 2020 17:47
Niderlandda daha 1,3 mindən çox insanda koronavirus aşkarlandı

Niderlandda son 1 gündə 1 335 koronavirusa yoluxma faktı qeydə alınıb.

“Report xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Qurumu (RIVM) açıqlayıb.

Məlumata görə, ölkədə qeydə alınmış virus hallarının sayı 23 097-yə çatıb.

Bildirilir ki, krallıqda eyni dövr ərzində daha 115 nəfər koronavirusdan ölüb. Beləliklə, Qərbi Avropa ölkəsində pandemiya qurbanlarının sayı 2 511 nəfərə çatıb.

Qurum açıqlamasında ölkə xəstəxanalarında 8 197 nəfərin müalicə aldığını vurğulayıb.

Qeyd edək ki, Niderlandda koronavirusa ilk yoluxma faktı fevralın 27-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 622 000-i ötüb. Bunların 366 302 nəfəri sağalıb, 97 192 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi