Niderlandda bir sutkada 142 nəfər COVID-19-un qurbanı oldu

Niderlandda bir sutkada 142 nəfər COVID-19-un qurbanı oldu Niderlandda koronavirusa (COVID-19) yoluxma hallarının sayı 31 589-a çatıb.
Digər ölkələr
18 Aprel , 2020 17:31
Niderlandda bir sutkada 142 nəfər COVID-19-un qurbanı oldu

Niderlandda koronavirusa (COVID-19) yoluxma hallarının sayı 31 589-a çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Qurumu (RIVM) açıqlayıb.

Məlumata görə, krallıqda ötən sutkada 1 140 nəfərə koronavirus diaqnozu qoyulub.

Eyni dövr ərzində 142 nəfər pandemiyanın qurbanı olub. Beləliklə, Niderlandda koronavirusdan ölənlərin rəsmi sayı 3 601 nəfərə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 275 000-i ötüb. Bunların 582 424 nəfəri sağalıb, 156 104 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi