Niderlandın xarici işlər naziri Vopke Hukstra Haaqada ukraynalı həmkarı Dmitri Kuleba ilə Ukraynadakı vəziyyəti müzakirə etmək üçün görüş keçirib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın hökumətinin informasiya xidməti məlumat yayıb.
Görüşdə Rusiyaya qarşı sanksiyalar, Ukraynaya silah təchizatı, humanitar və maliyyə-iqtisadi yardımlar müzakirə edilib.
Nazirlər Ukraynada hərbi əməliyyatlar zamanı beynəlxalq cinayətlər törətməkdə şübhəli bilinən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ətrafında fikir mübadiləsi aparıblar.