Niderland Ukraynaya 120 milyon avroluq yeni hərbi yardım paketi elan edib

Digər ölkələr
  • 04 noyabr, 2022
  • 16:36
Niderland Ukraynaya 120 milyon avroluq yeni hərbi yardım paketi elan edib

Niderland Müdafiə Nazirliyi Ukraynaya 120 milyon avro dəyərində yeni hərbi yardım paketi elan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin saytında dərc olunan bəyanatda deyilir.

Paketin ümumi dəyəri 120 milyon avro təşkil edir ki, bunun da 45 milyon avrosu T-72 tankları üçün nəzərdə tutulub.

Ukraynanın gələn ay tankların bir hissəsini alacağı gözlənilir.

44 filmi