Niderland polisi: Amsterdamdakı hücum terror aktı ola bilər

Niderland polisi: Amsterdamdakı hücum terror aktı ola bilər Bakı. 1 sentyabr. REPORT.AZ/ Niderland polisi Amsterdamın mərkəzindəki dəmir yolunda insanlara hücumla bağlı müxtəlif versiyaları nəzərdən keçirir.
Digər ölkələr
1 Sentyabr , 2018 07:31
Niderland polisi: Amsterdamdakı hücum terror aktı ola bilər

Bakı. 1 sentyabr. REPORT.AZ/ Niderland polisi Amsterdamın mərkəzindəki dəmir yolunda insanlara hücumla bağlı müxtəlif versiyaları nəzərdən keçirir.

"Report"un məlumatına görə, bu barədə "BNO News" portalı xəbər verib.

Bildirilir ki, hüquq-mühafizə orqanları hadisənin terror aktı ilə əlaqəli olmasını istisna etmirlər. "İlkin təhqiqat göstərir ki, zərərçəkənlər qəsdən, yaxud aydın səbəb olmadan seçilməyiblər", - deyə portal polisin məlumatını sitat gətirib.

Hadisəni Almaniyada yaşayan Əfqanıstan mənşəli, 19 yaşlı gənc törədib. Qeyd edək ki, hadisə dünən Amsterdamın mərkəzində baş verib. Hücum zamanı cinayətkar da daxil olmaqla, 3 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi