Niderland parlamenti baş nazirə etimadsızlıq təklifini dəstəkləmədi

Niderland parlamenti baş nazirə etimadsızlıq təklifini dəstəkləmədi Niderland parlamenti ölkənin Baş naziri vəzifəsini icra edən Mark Rutteyə etimadsızlıq təklifini dəstəkləməyib
Digər ölkələr
2 Aprel , 2021 05:24
Niderland parlamenti baş nazirə etimadsızlıq təklifini dəstəkləmədi

Niderland parlamenti ölkənin Baş naziri vəzifəsini icra edən Mark Rutteyə etimadsızlıq təklifini dəstəkləməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, səsvermə Niderlandın Teleradio Korporasiyası tərəfindən yayımlanıb.

Qeyd edilir ki, radikal sağçı Azadlıq Partiyasının lideri Qert Vildersin başlatdığı etimadsızlıq kifayət qədər səs toplaya bilməyib. Eyni zamanda deputatlar etimadın rədd edildiyini elan ediblər, bu son dərəcə ciddi tənqiddir, lakin Ruttenin vəzifəsini tərk etmək məcburiyyətində qalmasına səbəb olmayacaq.

Son xəbərlər

Orphus sistemi