Niderlandda miqrasiya siyasəti sərtləşdirilir
Digər ölkələr
- 05 iyul, 2025
- 05:28
Niderland Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) əksəriyyəti ölkə tarixində miqrasiya siyasətini sərtləşdirmək üçün ən sərt tədbirlərə yönəlmiş iki qanun layihəsinə səs verib.
"Report" xəbər verir ki, bu barədə NOS teleradio şirkəti məlumat yayıb.
Sığınacaq tədbirlərinin sərtləşdirilməsinə yönəlmiş iki qanun ölkənin keçmiş miqrasiya naziri Marjolijn Faber tərəfindən hazırlanıb.
Qanunlardan birində nəzərdə tutulan qaçqınlar üçün ikili status sisteminin tətbiqinin lehinə 95 deputat, əleyhinə 55 deputat səs verib. Sığınacaq sahəsində fövqəladə tədbirlər haqqında qanun layihəsi 94 səslə təsdiq edilib, 56 səs əleyhinə çıxıb.
Bundan sonra qanun layihələri üzrə səsvermə Niderland Senatında keçirilməlidir.
Son xəbərlər
02:48
İran səfiri Astanada Qazaxıstan rəsmiləri ilə danışıqlar aparıb
Region02:45
Pakistan toqquşmalarda Əfqanıstanın 72 hərbçisinin öldüyünü bildirib - YENİLƏNİB-3
Digər ölkələr02:44
Avropa Liqasında 1/8 finala çıxacaq komandalar müəyyənləşib
Futbol02:17
Şamaxıda qadın qətlə yetirilib, şübhəli şəxs qismində ögey oğlu saxlanılıb
Hadisə02:10
UEFA Konfrans Liqası: 1/8 finala vəsiqə qazanan komandalar məlum olub
Futbol02:02
Macarıstan "Adriya" boru kəmərini "Drujba"ya alternativ kimi nəzərdən keçirir
Digər ölkələr01:21
Qazaxıstanda kafedə partlayış nəticəsində altı nəfər ölüb, onlarla insan xəsarət alıb
Digər ölkələr01:06
İsrail "Hizbullah" xüsusi təyinatlılarının səkkiz hərbi düşərgəsinə zərbələr endirib
Digər ölkələr00:35
Foto