Niderland “F-16” qırıcılarını Ukraynaya yayda verəcəyinə söz verib

Niderland “F-16” qırıcılarını Ukraynaya yayda verəcəyinə söz verib Ukrayna artıq bu yay Niderlandın ona vəd etdiyi “F-16” qırıcılarını ala biləcək.
Digər ölkələr
20 İyun , 2024 20:46
Niderland “F-16” qırıcılarını Ukraynaya yayda verəcəyinə söz verib

Ukrayna artıq bu yay Niderlandın ona vəd etdiyi “F-16” qırıcılarını ala biləcək.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Qərbi Avropa ölkəsinin Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb.

“Bu yay təchizat baş tutacaq”, - Britaniya qəzeti Niderland Hərbi Hava Qüvvələrinin komandanı general Arno Stallmandan sitat gətirib. O, əlavə edib ki, ukraynalı pilotların təlimi çətin olub və təyyarələrə effektiv texniki xidmət göstərmək üçün təkcə pilotlar deyil, həm də texniki qulluqçular da yaxşı təlim keçməlidirlər.

Qırıcıların çatdırılma tarixlərini Niderlandın müdafiə naziri Kaysa Ollonqren də təsdiqləyib. O əlavə edib ki, Niderland da öz növbəsində təyyarələri mümkün qədər tez çatdırmaq istəyir.

Son xəbərlər

Orphus sistemi