Netanyahu: Qərb dövlətləri Tehranın qarşını almaqda acizdir

Netanyahu: Qərb dövlətləri Tehranın qarşını almaqda acizdir "Ancaq İsrail susmayacaq"
Digər ölkələr
26 Fevral , 2015 05:14
Netanyahu: Qərb dövlətləri Tehranın qarşını almaqda acizdir

Bakı. 26 Fevral. REPORT.AZ/ İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Qərbin İranın nüvə proqramı ilə bağlı siyasətini tənqid edib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, tərəfdarları qarşısında çıxış edən Netanyahu bildirib ki, başda ABŞ olmaqla Qərb dövlətləri Tehranın qarşını almaqda acizdir.

"ABŞ və digər dövlətlər artıq İranın nüvə silahını əldə etməsinə mane olmaq istəmir", - deyən İsrailin Baş naziri, ölkəsinin bu proseslərə biganə qalmayacağını vurğulayıb.

Ağ Evin bu tənqidə reaksiyası da gecikməyib. ABŞ-ın vitse-prezidenti Co Bayden bildirib ki, B.Netanyahu İranla "altılıq" ölkələri arasında aparılan nüvə proqramı üzrə danışıqlar barəsində düzgün məlumata sahib deyil və bu səbəbdən də əsassız ittihamlarla çıxış edir.

Son xəbərlər

Orphus sistemi