Netanyahu: "İsrail İranın Suriyada daimi hərbi varlığına icazə verməyəcək"

Netanyahu: "İsrail İranın Suriyada daimi hərbi varlığına icazə verməyəcək" "Biz yəhudi dövlətinin məhvinə can atan rejimin nüvə silahı əldə etməsinə imkan verməyəcəyik"
Digər ölkələr
3 Dekabr , 2017 03:44
Netanyahu: İsrail İranın Suriyada daimi hərbi varlığına icazə verməyəcək

Bakı. 3 dekabr. REPORT.AZ/ İsrail hökuməti İranın Suriyada daimi hərbi varlığına icazə verməyəcək və Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü öz "Facebook" səhifəsində yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu yazıb.

"Biz yəhudi dövlətinin məhvinə can atan [İran] rejiminin nüvə silahı əldə etməsinə imkan verməyəcəyik, biz İranın açıq şəkildə dövlətimizi məhv etmək niyyəti ilə möhkəmlənməyə çalışdığı Suriyada daimi hərbi varlığına yol verməyəcəyik", - deyə baş nazir yazıb.

Son xəbərlər

Orphus sistemi