Netanyahu BƏƏ-yə səfərini təxirə salıb

Netanyahu BƏƏ-yə səfərini təxirə salıb Netanyahunun BƏƏ-yə səfəri İsraildə qüvvədə olan karantin məhdudiyyətləri səbəbindən daha əvvəl üç dəfə təxirə salınıb
Digər ölkələr
11 Mart , 2021 14:31
Netanyahu BƏƏ-yə səfərini təxirə salıb
Binyamin Netanyahu

İsrailin Baş naziri Binyamin Netanyahu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) martın 11-nə planlaşdırılan səfərini təxirə salmaq qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bundan əvvəl “The Times of Israel” qəzeti İsrail hökumətinin başçısının həyat yoldaşı Sara Netanyahunun appendisit şübhəsi ilə cümə axşamı gecə xəstəxanaya yerləşdirilməsi səbəbi ilə səfərin təxirə salınacağını bildirmişdi.

B.Netanyahunun BƏƏ-yə səfəri İsraildə qüvvədə olan karantin məhdudiyyətləri səbəbindən daha əvvəl üç dəfə təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi