Netanyahu azadlığın müdafiəsində ABŞ və İsrailin birliyini bəyan edib
Digər ölkələr
- 05 iyul, 2026
- 05:05
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ni müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edərək bildirib ki, Birləşmiş Ştatlar və İsraili "bir tale" və azadlığı birlikdə müdafiə etmək istəyi birləşdirir.
"Report" xəbər verir ki, o, müvafiq bəyanatı "X" sosial şəbəkəsində paylaşıb.
"Müxtəlif qitələrdə yaşasaq da, aramızda möhkəm bağlar mövcuddur, çünki taleyimiz birdir. Biz bilirik ki, azadlıq heç vaxt bədəlsiz verilmir. Onu daim müdafiə etmək lazımdır", - Netanyahu qeyd edib.
Onun sözlərinə görə, İsrail və ABŞ ittifaqı təkcə ortaq maraqlara deyil, həm də ortaq dəyərlərə əsaslanır. İsrailin Baş naziri əlavə edib ki, bu gün həmin dəyərlər sınaqlara məruz qalır, ancaq iki ölkə birlikdə fəaliyyət göstərdikdə azadlıq daha da güclənir.
Son xəbərlər
05:47
Tramp tammiqyaslı ABŞ - İran münaqişəsinin yenidən başlayacağını istisna etməyib
Digər ölkələr05:38
Sorğu: Fransada respondentlərin əksəriyyəti Le Peni növbəti prezident kimi görür
Digər ölkələr05:21
ABŞ Suriyanı terrorçuluğun sponsorları siyahısından çıxarmaq prosesinə başlayıb
Digər ölkələr04:54
Rusiyanın Odesaya hava zərbələri nəticəsində dörd nəfər ölüb, altı nəfər yaralanıb
Digər ölkələr04:41
ABŞ Prezidenti İranı hər hücuma cavab olaraq 20 zərbə ilə hədələyib
Digər ölkələr04:16
Tramp: İran nümayəndələri sazişi müzakirə etmək üçün əlaqə saxlayır
Digər ölkələr03:57
Almaniyada gimnaziyaya hücum edən yeniyetmənin silahı atəş açmayıb
Digər ölkələr03:31
"Fox News": ABŞ Ərəbistan dənizində təxminən 20 hərbi gəmi cəmləşdirib
Digər ölkələr03:14