Nepalda torpaq sürüşməsi: 24 nəfər ölüb, 23 nəfər itkin düşüb

Nepalda torpaq sürüşməsi: 24 nəfər ölüb, 23 nəfər itkin düşüb Axtarış-xilasetmə əməliyyatı davam edir.
Digər ölkələr
177
11 İyul , 2020 11:05
Nepalda torpaq sürüşməsi: 24 nəfər ölüb, 23 nəfər itkin düşüb

Nepalın Qandaki əyalətində leysan yağışlardan sonra əmələ gələn torpaq sürüşməsi nəticəsində 24 nəfər ölüb, 23 nəfər itkin düşüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələri bildirib.

Qeyd olunub ki, iyulun 9-u və 10-da ölkənin 4 əyalətində yağışlar nəticəsində torpaq sürüşməsi meydana gəlib. Qandakidə təbii fəlakət nəticəsində 13 nəfər ölüb, bir neçə yüz insan yaralanıb, 34 nəfər itkin düşüb. Daha çox əyalətin Myaqdi rayonuna ziyan dəyib. Yerli sakinlər bu rayonda  torpaq altından 11 nəfərin meyitini çıxarıb. 23 nəfər hələ də tapılmır. Myaqdidə torpaq altında 40-a yaxın ev, 400-də çox insan qalıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir.