Nepalda təbii fəlakət nəticəsində 65 nəfər ölüb, 38 nəfər itkin düşüb

Nepalda təbii fəlakət nəticəsində 65 nəfər ölüb, 38 nəfər itkin düşüb Nepalda leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.
Digər ölkələr
15 İyul , 2019 12:00
Nepalda təbii fəlakət nəticəsində 65 nəfər ölüb, 38 nəfər itkin düşüb

Nepalda leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumatda bildirilib ki, itkin düşən 38 nəfərin axtarışları davam etdirilir.

Xilasedicilər 1146 nəfəri fəlakət bölgəsindən təxliyyə ediblər. Təbii fəlakət ölkənin 22 rayonunu bürüyüb. Leysan yağışların daha 2 gün yağacağı gözlənilir.

Qeyd edək ki, əvvəlcə hadisə nəticəsində 50 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı bildirilib.

Bir müddət əvvəl Nepalın Daxili İşlər Nazirliyi çay sahillərində yaşayanları təhlükəsiz zonalara köçməyə çağırmışdı.

Son xəbərlər

Orphus sistemi