Nepalda təyyarə qəzaya uğrayıb, onlarla insan həlak olub
- 30 may, 2022
- 03:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Nepalda göyərtəsində 22 nəfərin olduğu təyyarə qəzaya uğrayıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Nepal ordusunun axtarış qrupu bazar günü səhər saatlarında göyərtəsində 22 nəfərin olduğu “Tara Air” şirkətinə məxsus təyyarənin qalıqlarını tapıb.
Nepalın quru qoşunlarının rəsmi nümayəndəsi briqada generalı Narayan Silval tvitter səhifəsində təyyarənin qalıqlarının şəklini “Qəza yeri” qeydi ilə yerləşdirib.
Onun sözlərinə görə, təyyarənin qalıqları Mustanq ərazisində tapılıb. Fotoda təyyarənin tamamilə məhv olduğu görünür.
Bundan əvvəl “The Himalayan Times” qəzeti təyyarədə 3 ekipaj üzvü və 19 sərnişinin, o cümlədən Nepalın 13, Hindistanın 4 və Almaniyanın 2 vətəndaşının olduğunu bildirib.
Təyyarə bazar günü səhər Poxara hava limanından Comsoma qalxıb, bir neçə dəqiqədən sonra onunla əlaqə kəsilib.
03:24
Nepalda “Tara Air” aviaşirkətinin təyyarəsi radarlardan itib.
Bu barədə “Report" CNN-ə istinadən məlumat verir.
Təyyarə Pokhara şəhərindən Comsoma uçurmuş, təyinat yerinə gözlənilən eniş vaxtına beş dəqiqə qalmış onunla əlaqə kəsilib. Hava maşınında iki alman, dörd hindistanlı və 13-ü Nepal vətəndaşı olmaqla ümumilikdə 22 nəfər olub.
“The Kathmandu Post”un yazdığına görə, axtarış işləri pis hava şəraiti ilə çətinləşib.