Yuxarı

Nepalda itkin düşən sərnişin təyyarəsinin qalıqları tapılıb - YENİLƏNİB

Təyyarənin göyərtəsində 21 sərnişin və 1 ekipaj üzvü olub

Bakı. 24 fevral. REPORT.AZ/ Nepalda bu gün itkin düşən "Tara Airlines" şirkətinə məxsus sərnişin təyyarəsinin qalıqları tapılıb. "Report" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

***11:04

Nepalda kiçik ölçülü təyyarənin qəzaya uğraması nəticəsində 21 sərnişin və 1 ekipaj üzvü itkin düşüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda yerli hakimiyyət məlumat yayıb.

Məlumata görə, qəza baş verən zaman "Tara Airlines" şirkətinə məxsus "Twin Otter" tipli təyyarə Pokxaradan Comsa uçuş reysi həyata keçirirmiş. Havaya qalxdıqdan 18 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib. Hakimiyyət təmsilçilərinin sözlərinə görə, adıçəkilən şəhərlər arasında uçuş-eniş zolağı yoxdur. Ona görə qəza zamanı təyyarənin şəhərlərarası ərazidə hava limanına enməsi mümkün sayılmır.

Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, təyyarənin axtarışı davam etdirilir. 1949-cu ildən, Nepal hava limanına ilk uçuş enişi ediləndən indiyədək ölkədə baş verən 70-dən artıq təyyarə və helikopter qəzası nəticəsində 700-dən çox insan həyatını itirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi