Nepalda daşqın qurbanlarının sayı 91-ə çatıb

Nepalda daşqın qurbanlarının sayı 91-ə çatıb Təbii hadisə zamanı 25 nəfər xəsarət alıb, daha 35 nəfər itkin düşüb
Digər ölkələr
14 Avqust , 2017 21:49
Nepalda daşqın qurbanlarının sayı 91-ə çatıb
"AP"

Bakı. 14 avqust. REPORT.AZ/ Nepalda leysan yağışların səbəb olduğu daşqın və sürüşmə qurbanlarının sayı 91 nəfərə çatıb.

"Report"un məlumatlına görə, bu barədə "The Kathmandu Post" ölkənin Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verib.

DİN-in son məlumatına görə, daşqınlar nəticəsində 91 nəfər həyatını itirib, 25 nəfər xəsarət alıb, daha 35 nəfər itkin düşüb. Demək olar, 3 min ev tamamilə dağılıb, sosial əhəmiyyətli 3,8 min obyektə ziyan dəyib.

Xilasetmə-bərpa işlərində 27 min nəfər, o cümlədən ordunun və güc strukturlarının əməkdaşları iştirak edir. Qeyd edək ki, leysan yağışlar avqustun 11-də, cümə günü səhər ölkənin bir neçə rayonuna ziyan vurub. 

Son xəbərlər

Orphus sistemi