Nepalda daşqın nəticəsində 200-dən çox ev su altında qalıb

Nepalda daşqın nəticəsində 200-dən çox ev su altında qalıb Çində yaşanan leysan yağışları Nepalda daşqınlara səbəb olub
Digər ölkələr
7 İyul , 2016 18:00
Nepalda daşqın nəticəsində 200-dən çox ev su altında qalıb

Bakı. 7 iyul. REPORT.AZ/ Çində son günlər müşahidə edilən leysan yağışları səbəbi ilə qonşu Nepalda Bhote Koşi çayı daşaraq məcrasından çıxıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, daşqın nəticəsində 200-dən çox ev su altında qalıb.

Təbii fəlakətdən ən çox Sindupalçok dairəsindəki Tatopani yaşayış məntəqəsinə və ətrafdakı kəndlərə ziyan dəyib.

Dağılmış 200-dən çox evdən başqa, bir o qədər ev risk zonasındadır.

Böyük dağıntılara baxmayaraq, hələlik heç bir itki barədə məlumat yoxdur. Sakinlər vaxtında evlərini tərk ediblər.

Son xəbərlər

Orphus sistemi