Yuxarı
    Bağlamaq

    Nepalda avtobus uçuruma yuvarlanıb, 15 nəfər ölüb

    Avtobus yoldan çıxaraq təxminən 100 metr aşağıdakı uçuruma düşüb

    Bakı. 29 iyul. REPORT.AZ/ Nepalda avtobusun qəzaya düşməsi nəticəsində azı 15 nəfər ölüb, 27 nəfər isə yaralanıb.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, insident hadisə Dhankuta rayonunda baş verib.

    Avtobus yoldan çıxaraq təxminən 100 metr aşağıdakı uçuruma düşüb. İlkin məlumatlara görə, qəzanın başvermə səbəbi əyləc sistemindəki nasazlıq olub.

    Hadisə nəticəsində ölənlər arasında 2011-2013-cü illərdə maliyyə naziri işləmiş Hari Rac Kheva da var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi