Nepalda avtobus qəzaya uğrayıb, 13 nəfər ölüb, daha 19-u yaralanıb

Digər ölkələr
  • 05 iyul, 2022
  • 18:17
Nepalda avtobus qəzaya uğrayıb, 13 nəfər ölüb, daha 19-u yaralanıb

Nepalın Rameçhap bölgəsində paytaxt Katmanduya gedən sərnişin avtobusu qəzaya uğrayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rameçhap rayon polisi Raj Kumar bildirib.

Qəza nəticəsində 9 nəfər hadisə yerində, 4-ü isə Dhulikhel xəstəxanasında dünyasını dəyişib.

Qəzada yaralanan 19 nəfərin Dhulikhel xəstəxanasında müalicəsi davam edir.

Polis hadisədən sonra verdiyi açıqlamada qəzanın səbəbinin hələlik aydınlaşdırılmadığını deyib.