Nensi Pelosinin noutbukunu oğurlamaqda şübhəli bilinən qadın həbs edilib

Nensi Pelosinin noutbukunu oğurlamaqda şübhəli bilinən qadın həbs edilib ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin noutbukunu oğurlamaqda şübhəli bilinən qadın həbs edilib.
Digər ölkələr
19 Yanvar , 2021 14:59
Nensi Pelosinin noutbukunu oğurlamaqda şübhəli bilinən qadın həbs edilib
Rayli Cun Uilyams

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin noutbukunu oğurlamaqda şübhəli bilinən qadın həbs edilib.

“Report” xəbər verir ki, məlumatı “Hill” qəzeti yayıb.

ABŞ-ın Ədliyyə Nazirliyinin açıqlamasına əsasən, Rayli Cun Uilyams adlı qadın yanvarın 6-da Kapitolidəki iğtişaşlar zamanı Nensi Pelosinin noutbukunu oğurlamaqda və onu dostu vasitəsilə Rusiya kəşfiyyatına satmağa cəhd göstərməkdə şübhəli bilinir.

Rayli Cu Uilyams ABŞ Konqresinin ərazisinə müdaxilə etməkdə və Kapitolidə qanunazidd fəaliyyət göstərməkdə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi