"NBC News": ABŞ KXDR-i "Döyüş baltaları"yla vurmağa hazırdır

"NBC News": ABŞ KXDR-i "Döyüş baltaları"yla vurmağa hazırdır Qanadlı raketlərlə təchiz edilmiş iki hərb gəmisi hazır vəziyyətə gətirilib
Digər ölkələr
14 Aprel , 2017 05:11
NBC News: ABŞ KXDR-i Döyüş baltalarıyla vurmağa hazırdır
belprauda.org

Bakı. 14 aprel. REPORT.AZ/ Əgər nüvə silahının sınaqlarına hazırlıq əlamətləri qeyd edilsə, ABŞ Koreya Xalq Demokratik Respublikasına (KXDR) qabaqlayıcı zərbə endirməyə hazırdır.

"Report"un məlumatına görə, bu barədə Amerika kəşfiyyatındakı mənbələrə istinadən "NBC News" xəbər verib.

Məmurlar bildiriblər ki, ABŞ "Döyüş baltası" tipli qanadlı raketlərlə təchiz edilmiş iki hərb gəmisini hazır vəziyyətə gətirib. Qeyd olunur ki, döyüş gəmilərindən biri KXDR-in nüvə sınaqları meydançasından azı 500 kilometr aralıda yerləşir.

Bundan başqa, ABŞ HHQ-nin ağır bombardmançı təyyarələri Guam adasında da yerləşdirilib. Təyyarələr vurğulandığı kimi, "zərurət olduqda" hücum etməyə də hazırdır.

Eyni zamanda, Şimali Koreya da xəbərdarlıq edib ki, əgər ABŞ tərəfindən hücum qeydə alınsa, bu ölkəyə nüvə silahı ilə zərbə endirəcəklər.  

Son xəbərlər

Orphus sistemi