NBC: Demokrat Partiyası avqustun əvvəlində Baydeni prezidentliyə namizəd kimi irəli sürəcək

NBC: Demokrat Partiyası avqustun əvvəlində Baydeni prezidentliyə namizəd kimi irəli sürəcək ABŞ Demokratik Milli Komitəsi avqustun əvvəlində Çikaqoda qurultaydan əvvəl Amerika lideri Cozef Baydeni prezidentliyə namizəd kimi irəli sürmək niyyətindədir.
Digər ölkələr
18 İyul , 2024 01:41
NBC: Demokrat Partiyası avqustun əvvəlində Baydeni prezidentliyə namizəd kimi irəli sürəcək

ABŞ Demokratik Milli Komitəsi avqustun əvvəlində Çikaqoda qurultaydan əvvəl Amerika lideri Cozef Baydeni prezidentliyə namizəd kimi irəli sürmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.

Avqustun 19-22-də Çikaqoda keçiriləcək partiyanın milli qurultayında ABŞ ştatlarının və xaricdəki ərazilərin nümayəndə heyətlərinin nümayəndələrinin Baydeni Demokratlar Partiyasından prezidentliyə namizəd kimi göstərəcəyi gözlənilirdi.

Bununla belə, telekanalın aydınlaşdır ki, komitə rəhbərliyi üzvlərinə Baydenin namizədliyi ilə bağlı səsvermənin konqresdə deyil, virtual formatda keçiriləcəyini bildirən məktub paylayıb. Müfaviq səsvermə avqustun 1-dən avqustun 7-dək keçiriləcək.

Bir çox Demokrat millət vəkili Baydenin partiyanın prezidentliyə namizədi kimi erkən təsdiqlənməsinə qarşıdır.

Onlar digər mümkün namizədləri nəzərdən keçirməyi təklif edirlər, çünki hazırkı Amerika lideri əsas siyasi rəqibi respublikaçı Donald Trampla teledebatlarda çox zəif çıxış edib.

Son xəbərlər

Orphus sistemi