NBC: ABŞ-də qasırğa və tornadolardan azı 15 nəfər ölüb

NBC: ABŞ-də qasırğa və tornadolardan azı 15 nəfər ölüb ABŞ-nin dörd ştatında qasırğa və tornadoların fəsadlarından azı 15 nəfər ölüb.
Digər ölkələr
27 May , 2024 03:29
NBC: ABŞ-də qasırğa və tornadolardan azı 15 nəfər ölüb

ABŞ-nin dörd ştatında qasırğa və tornadoların fəsadlarından azı 15 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə NBC telekanalı bildirib.

Məlumata görə, ikisi uşaq olmaqla yeddi nəfər Texasda, ikisi Oklahomada, beşi Arkanzasda və bir nəfər Kentukki ştatında ölüb. Zərərçəkmişlərin dəqiq sayı açıqlanmasa da, NBC-nin verdiyi məlumata görə, Texasın bir neçə sakini xəsarət alıb və təcili yardım, həmçinin helikopterlə xəstəxanalara aparılıb.

“PowerOutage.us” monitorinq resursunun məlumatına görə, 200 mindən çox Kentukki sakini işıqsız qalıb. Kəsintilər Arkanzasda 81 mindən, Missuridə 79 mindən, Texasda 41 mindən və Tennessidə 22 mindən çox istehlakçıya da təsir edib.

Son xəbərlər

Orphus sistemi